
“Ukraynada prezident seçkilərini keçirmək üçün lazımi resurslar yoxdur”.
Yeniavaz.com bunu Ukrayna Prezidentinin müşaviri Mixaylo Podolyak “Novyny Live” “Telegram” kanalına verdiyi müsahibəsində bildirib.
Onun fikrincə, maliyyə yükü başqa mənbələrə yönəldilməlidir.
“Ukraynanın seçki kampaniyasını maliyyələşdirmək üçün maliyyə imkanı yoxdur. Büdcəmiz kəsirlidir və bu, bizim məsuliyyətimiz deyil”, - o qeyd edib.
Podolyak həmçinin qeyd edib ki, silahlı münaqişə kontekstində Ukrayna dövləti seçkilərin təşkili və keçirilməsi ilə bağlı xərcləri fiziki olaraq ödəyə bilmir.
Prezident müşavirinin sözlərinə görə, Ukrayna büdcəsinə digər prioritet xərclər, xüsusən də hərbi xərclər daxildir.
Podolyak ukraynalıların xaricdə səs verməsi məsələsinə də toxunub. Bu, 6-8 milyon vətəndaşı əhatə edir və xüsusi işçi qrupu onların seçkilərdə iştirakı üçün mexanizm hazırlamalıdır.
Onun sözlərinə görə, seçki prosesinin təxmini büdcəsi Ali Radada xüsusi işçi qrupu tərəfindən müəyyən edilməlidir.
Qeyd edək ki, bir gün əvvəl Zelenski Ukraynada seçkilərin sülh müqaviləsi üzrə referendumla eyni vaxtda keçirilə biləcəyini irəli sürmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz