Bu Azərbaycanın daha bir qələbəsidir – Voskanyan


“Ermənistanda Azərbaycan benzini kifayət qədər sürətlə satılır”.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İranda yaşayan iranşünas Vardan Voskanyan bildirib.
“Bu, əslində utancverici xəbərdir, çünki premium benzinlə avtomobil idarə edənlər heç də həssas təbəqənin nümayəndələri deyillər və onlar üçün 90 dram (40 qəpik- red.) fərqi əhəmiyyətli məbləğdir.
Buna görə də, bu, sosial deqradasiyanın və istehlakçılığın milli şərəf və ləyaqət üzərində qələbəsinin göstəricisidir ki, bu da şübhəsiz ki, Ermənistanı “ən yaxşı” halda onurğasız etnoqrafik rezervasiyaya çevirmək istəyən düşmənin daha bir acı qələbəsidir”, - Voskanyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top