Abşeron İcra Hakimiyyəti Yeni il bayramı tədbiri üçün 62 min manat xərcləyəcək


Abşeron Rayon İcra Hakimiyyəti keçirdiyi tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Yeniavaz.com
 xəbər verir ki, İcra Hakimiyyəti “RR Travel Company” MMC-yə Abşeron rayonu ərazisində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbirlərin keçirilməsi xidmətlərinin satınalınmasına görə 62 min 245 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21 noyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top