Kambocada 630 min sakin evini tərk etdi


Əksəriyyəti qadın və uşaq olmaqla 630 mindən çox Kamboca mülki vətəndaşı Tailandla sərhəddə artan münaqişə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 636,6 mindən çox Kamboca sakini, o cümlədən 534,300-dən çox qadın və uşaq evlərini tərk edib.
Dekabrın 7-də Kamboca-Tailand sərhədində atıcı silahlarla qarşıdurmalar başlayıb.Dekabrın 8-də Tailandın quru qoşunları Kamboca qüvvələrinin sərhəd bölgəsində Tailandın mövqelərini atəşə tutmağa başladığını bildiriblər. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib. Son məlumata görə, Kambocada atışma nəticəsində 31 mülki şəxs həlak olub, azı 87 nəfər yaralanıb. Dekabrın əvvəlindən sərhəddə vəziyyət gərginləşəndən bəri 125 yaşayış binası, bir neçə dini obyekt, şəhər və yol infrastrukturuna ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top