
Məşhur sovet və rus aktrisası, “Moskva göz yaşlarına inanmır” filminin ulduzu Vera Alentova vəfat edib.
Yeniavaz.com xəbər verir ki, Rusiyanın xalq artistinin 83 yaşı olub.
Bildirilib ki, bundan əvvəl Vera Alentova aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı özünü pis hiss edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. 1961-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət Teatr Məktəbinə, Vasili Markovun sinfinə qəbul edildi. Orada o gələcək həyat yoldaşı Vladimir Menşovla tanış olub. 1965-ci ildə Puşkin adına Moskva Dram Teatrının truppasına daxil olub və bu günə kimi burada xidmət edib. Elə həmin il o, “Uçan günlər” filmində kinoda debüt edib. Aktrisa çoxsaylı kino rolları oynayıb, lakin 1979-cu ildə əri Vladimir Menşovun çəkdiyi “Moskva göz yaşlarına inanmır” filmi ilə bu sahədə şöhrət qazanıb.
1981-ci ildə bu film ən yaxşı xarici film nominasiyasında Oskar qazanıb. Onun çəkildiyi başqa filmlər həmçinin populyardır, o cümlədən “Sabah müharibə idi”, “Şirli-Mırli” və “Arzuların zamanı”.
Tətbiqimizi yükləyə bilərsiniz