Holand “Şaxta baba” paltarı geyib evləri gəzdi


“Mançester Siti”nin hücumçusu Erlinq Holand “Şaxta baba” paltarı geyinərək Mançesterdəki evlərə baş çəkib.
Yeniavaz.com
xəbər verir ki, oyunçu sosial şəbəkədəki səhifəsində fotosunu yerləşdirib.
“Bir az Milad sevinci yaymaq üçün buradayıq”, - idmançı yazıb.
Qeyd edək ki, bu mövsüm Holand klub üçün Premyer Liqada 17 oyun keçirib, 19 qol vurub və 4 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında ümumilikdə altı oyun keçirib və altı qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top