
Hokkaydo sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 239 000 nəfərin yaşadığı Haçinohe şəhərindən (Aomori prefekturasının şimalı) 111 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar, həmçinin sunami təhlükəsi barədə məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz