
“TopSpeed” portalı ekspertlərin satış məlumatlarının təhlilı əsasında ən ucuz 10 idman avtomobilinin siyahısını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, ən ucuz idman avtomobilləri siyahısına 2025-ci il “Mazda MX-5 Miata” avromobili başçılıq edir. Avtomobilin qiyməti 29 min 800 dollardır. “Mazda MX-5 Miata” 181 at gücünə malik 2,0 litrlik mühərriklə təchiz edilib.
İkinci yeri 30 min 800 dollar qiyməti ilə “Toyota GR86” tutub. Bu avtomobil isə 228 at gücünə malik 2,4 litrlik mühərriklə təchiz olunub.
Üçüncü yerdə 31 000 dollar qiymətlə “Honda Civic Si” qərarlaşıb. Bu avtomobil 200 at gücünə malik 1,5 litrlik mühərriklə təchiz edilib.
Növbəti yerləri uyğun olaraq, “Volkswagen Golf GTI”, “Hyundai Elantra N”, “Subaru WRX”, “Toyota GR Corolla”, “Nissan Z”, “Honda Civic Type R” və ”Volkswagen Golf R” tutub.
Tətbiqimizi yükləyə bilərsiniz