
İsrail ordusu Livana zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirini öldürdüyünü bildirib.
Yeniavaz.com “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri (İDF) və “Şin Bet” tərəfindən Livanın şimal-şərqində həyata keçirilən əməliyyat nəticəsində SEPAH-ın əsas döyüşçülərindən biri Hüseyn Mahmud Marşad əl-Cohari öldürülüb.
Əl-Coharinin İsrailin Suriya sərhədinə aparan yolda onun olduğu avtomonili hədəf alan pilotsuz təyyarənin hücumu nəticəsində öldürüldüyü bildirilir.
Ordu mətbuat xidmətinin məlumatına görə, Hüseyn Mahmud Marşad əl-Cohari son illərdə İsrailə qarşı terror planlarının hazırlanmasında iştirak edib.
Məlumatda qeyd olunur ki, o, SEPAH-ın 840-cı bölməsinin tərkibində fəaliyyət göstərib.
İDF-nin bildirdiyinə görə, 840-cı bölmə İranın İsrail Dövlətinə qarşı terrorçuluq fəaliyyətinə rəhbərlik edən və məsul olan bölmədir.
Tətbiqimizi yükləyə bilərsiniz