Putin Trampın Milad bayramını təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Milad bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
O, Rusiya Prezidentinin Trampa Milad bayramı münasibətilə teleqram göndərdiyini qeyd edib.
Peskov həmçinin, iki lider arasında dekabrın 25-i üçün telefon danışığının planlaşdırılmadığını əlavə edib.
Kremlin sözçüsü bildirib ki, ABŞ sakinləri üçün Milad tətili faktiki olaraq başlayıb. O, qeyd edib ki, bu müddət ərzində orada həyat dayanır, lakin lazım gələrsə, Putinlə Tramp arasında telefon danışığı tez bir zamanda təşkil edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top