Yamal evindəki ən qiymətli əşyanı açıqladı


“Barselona” klubunun və İspaniya millisinin hücumçusu Lamin Yamal evindəki ən qiymətli əşyanın adını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
“Evimdəki ən qiymətli şey Fransaya qol vurduğum topdur”, - Yamal bildirib.
Belə ki, İspaniya milli komandası Avropa Çempionatının yarımfinalında Fransa mill komandasını 2-1 hesabı ilə məğlub edib. Qalib komandanın qollarını Lamin Yamal və Dani Olmo vurub. Nəticədə, İspaniya turnirin final oyununda İngiltərəni 2-1 hesabı ilə məğlub edərək 2024-cü il Avropa Çempionatının qalibi olub.
Ümumilikdə, Yamal İspaniya millisində 23 oyun keçirib və 6 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top