
“TopSpeed” portalı ən etibarlı 10 BMW modelinin reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda birinci yeri 1973-cü ildən 1981-ci ilə qədər istehsal olunmuş “BMW 5-Series E12” tutub.
Etibarlılığına görə ikinci yerdə 1982-ci ildən 1985-ci ilə qədər istehsal olunmuş “BMW 5-Series E28” qərarlaşıb.
İlk üçlüyü isə 1988-ci ildən 1991-ci ilə qədər istehsal olunmuş “BMW 3-Series E30” tamamlayıb.
Həmçinin ən etibarlı 7 BMW modeli arasında 1994-cü il “BMW 3-Series”, 1999-cu il “BMW 3-Series E46”, 2003-cü il “BMW Z4 E85”, 2008-ci il “BMW 1-Series 128i”, 2016-cı il “BMW 3-Series F30”, 2016-cı il “BMW X5 F15” və 2020-ci il “BMW 3-Series G20” də yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz