
Nüfuzlu “Transfermarkt” portalı heyətinin qiymətinə əsasən ən bahalı futbol klublarının reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıya görə, ən bahalı heyətə “Real Madrid” sahibdir.
Belə ki, klubun əsas heyət oyunçularının ümumi qiyməti 1,38 milyard avrodur.
Ən bahalı heyətə malik ilk 10 klub aşağıdakılardır:
1. “Real Madrid” (1.38 milyard avro).
2. “Arsenal” (1.29 milyard avro).
3. “Mançester Siti” (1.19 milyard avro).
4. PSJ (1.19 milyard avro).
5. “Çelsi” (1.18 milyard avro).
6. “Barselona” (1.12 milyard avro).
7. “Liverpul” (1.04 milyard avro).
8. “Bavariya” (980 milyon avro).
9. “Tottenhem” (878.5 milyon avro).
10. “Mançester Yunayted” (719.5 milyon avro).
Tətbiqimizi yükləyə bilərsiniz