Ədliyyə Nazirliyi yarım milyon manatlıq benzin alır


Ədliyyə Nazirliyi tender müsabiqəsi keçirmədən “Azpetrol LTD” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, nazirlik “Azpetrol”dan nəqliyyat vasitələri üçün 486 min 432 manatlıq “Aİ-95” markalı benzin alacaq.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin struktur qurumlarının nəqliyyat vasitələri üçün 236 min 400 manatlıq, məhkəmələrin istifadəsində olan nəqliyyat vasitələri üçün isə 250 min 32 manatlıq benzin alınacaq.
Onu da bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 779 min 106 manat 70 qəpik olan “Azpetrol LTD” MMC-nin (VÖEN – 1700166231) qanuni təmsilçisi Məmmədov Ceyhun Əhməd oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top