
Türkiyənin İstanbul vilayətində əməliyyat keçirilib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqlar çərçivəsində İŞİD silahlı terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Bildirilib ki, yaxınlaşan Milad və Yeni il tədbirləri ərəfəsində, əsasən qeyri-müsəlman şəxslərə qarşı olmaqla, hücum çağırışları və hücum planlarının hazırlanacağına dair məlumatlar olduğu, eləcə də terror təşkilatının fəaliyyəti çərçivəsində münaqişə bölgələri ilə əlaqələri olduğu müəyyən edilən 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib.
“Türkiyə daxilində və beynəlxalq səviyyədə terror cinayətləri ilə bağlı barələrində axtarış qərarı verilmiş şübhəlilərə qarşı keçirilən əməliyyat zamanı tapançalar, patronlar və çoxsaylı təşkilati sənədlər müsadirə edilib.
Əməliyyat nəticəsində 115 şübhəli saxlanılıb, saxlanıla bilməyən şübhəlilərlə bağlı tədbirlərin davam etdirildiyi öyrənilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz