
Britaniyanın enerji nəhəngi BP dünyanın tanınmış sürtkü yağları brendlərindən biri olan “Castrol”un 65%-lik payını satmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, şirkət bu aktivlərin satışından təxminən 6 milyard dollar gəlir əldə edəcək.
Satışdan sonra nəzarət səhm paketi ABŞ-nin investisiya şirkəti “Stonepeak Capital”a keçəcək. Bununla belə, BP “Castrol”dakı mövcudluğunu tam sonlandırmayıb. Sazişə əsasən, 2 ildən sonra BP qalan 35%-lik payı satmaq və ya özündə saxlamaq hüququna malik olacaq. Əgər satış həyata keçməsə, şirkət “Castrol”da azlıq səhmdarı kimi fəaliyyətini davam etdirəcək.
BP-nin bu addımı “nağd pulu canlandırmaq” strategiyası çərçivəsində atdığı bildirilir. Enerji nəhəngi maliyyə resurslarını artırmaq, investisiya və inkişaf imkanları üçün daha çox kapital toplamaq məqsədilə törəmə bizneslərini və aktivlərini satır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz