Mərkəzi Bank gələn il üçün inflyasiya proqnozunu açıqladı


Oktyabr ayının proqnozlarına əsasən, 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı proqnozlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı il üçün pul siyasəti icmalında bildirilib.
Mərkəzi Bankın oktyabr proqnozuna görə, inflyasiya 2025-ci ildə 6% təşkil edəcək. Oktyabr proqnozuna əsasən, 2026-cı ilə inflyasiyanın 5,7% təşkil edəcəyi gözlənilir.
Bildirilir ki, proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaqdır. Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsirə səbəb ola bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarındandır. Eyni zamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk amili isə yerli xərc amillərinin aktivləşməsi ilə əlaqədardır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top