Ançelottinin oğlu İtaliya klubunun başına keçə bilər


Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti İtaliyanın “Piza” klubunun baş məşqçisi olmağa əsas namizəd kimi göstərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Əvvəllər 36 yaşlı Davide Ançelotti Braziliya liqasında altıncı yeri tutaraq komandanı Libertadores Kubokuna vəsiqə qazandıran “Botafoqonu” idarə edib, bundan sonra o, qovulub. 
İtaliya liqasında 16 oyundan sonra “Piza” 11 xalla sonuncudan ikinci yerdədir.
 

DİGƏR XƏBƏRLƏR

Top