
Macarıstan Ukrayna ilə bağlı sülh razılaşması əldə etmək üçün istənilən vaxt Rusiya-Amerika sammitinə ev sahibliyi etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşünün keçirilməsi perspektivlərini şərh edən Macarıstanın baş naziri aparatının rəhbəri Qergeli Qulyas deyib.
“Rusiya və Ukrayna kompromis əldə etsə və ya ona yaxınlaşsa, o zaman sammitin keçirilməsi lazım olacaq və belə olan halda, Budapeştdə baş tutacaq. Yanvarda vəziyyət dəyişsə, sammit yanvarda, fevralda dəyişsə, sammit fevralda olacaq. Sülhə nail olmaq lazımdır, müddət vacib deyil”, - Gülyas bildirib.
“Lakin hazırda Rusiya və Ukraynanı qane edəcək və onlara sülh razılaşması əldə etməyə imkan verəcək konsensus və ya şərtlər yoxdur”, - ofisin rəhbəri qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz