
İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində “Fənərbağça” futbol klubunun prezidenti Sadettin Saran saxlanılıb.
Yeniavaz.com “Cumhuriyet”ə istinadən xəbər verir ki, bu barərə İstanbul Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Sadettin Saran, istintaq çərçivəsində əldə edilən əlavə sübutlara əsasən, ona aid edilən narkotik maddənin təmin edilməsi, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə cinayətləri ilə əlaqədar saxlanılıb.
Xatırladaq ki, daha öncə Saran saxlanılaraq analiz vermiş, bundan sonra isə sərbəst buraxılmışdı. Bu gün açıqlanan məlumata görə, onun saç nümunəsində kokain aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz