
Dekabrın 27-də Tailand və Kamboca arasında Baş Sərhəd Komitəsinin yüksək səviyyəli iclası keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi Krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu mexanizm üzrə danışıqlar dekabrın 24-dən 26-dək katiblik səviyyəsində aparılacaq:
“Yüksək səviyyəli görüş dekabrın 27-də baş tutacaq. Bu, Baş Sərhəd Komitəsinin bütün iclasları üçün standart formatdır”.
Qeyd edək ki, dekabrın 7-də Kamboca-Tailand sərhəddində kiçik silahlı toqquşmalar başlayıb. Dekabrın 8-də Tailandın quru qoşunları bildirdilər ki, Kamboca qoşunları sərhəd bölgəsində Tailandın mövqelərini atəşə tutmağa başlayıblar. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Rusiyanın hər iki ölkədəki səfirlikləri rusiyalı turistlərə sərhədyanı ərazilərə səfər etməkdən çəkinməyi tövsiyə edib.
Tətbiqimizi yükləyə bilərsiniz