“Stranger Things” “Netflix” tarixində ən populyar serial oldu


“Stranger Things”in ümumi baxış sayı 1,2 milyardı keçərək “Netflix” axın platdorması tarixində ən çox baxılan şou olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Netflix” məlumatlarına istinadən “Variety” məlumat yayıb.
Serial “Çərşənbə” və “Kalamar Oyunu” daxil olmaqla digər populyar yayım layihələrini geridə qoyub. Nəşr qeyd edib ki, bunlar yeganə “Netflix” şoularıdır ki, onların fərdi epizodları “Stranger Things”in dördüncü mövsümündən daha çox izlənir. Serialın 2022-ci ildə premyerası olan 4-cü sezonu “Netflix”də ən çox baxılan ikinci ingilis dilli serial olaraq qalır.
Qeyd edək ki, “Stranger Things”in beşinci və son mövsümü üç hissəyə bölünür. İlk dörd epizod noyabrın sonunda nümayiş olundu və 25 gün ərzində 102,6 milyon baxış topladı və axın xidmətinin mövcud olduğu 93 ölkədən 90-da “Netflix”in ən çox baxılan serialı oldu.
5-ci mövsümün növbəti üç seriyası dekabrın 25-də, finalı isə dekabrın 31-də yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top