Qroznıda təyyarə qəzası qurbanlarının xatirəsinə abidə açılıb


Qroznı şəhərində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Abidə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adını daşıyan meydanda yerləşir.
Açılış mərasimində çıxış edən Çeçenistan Prezident Administrasiyasının rəhbəri Qalas Taymasxanov bildirib ki, bu gün Bakı–Qroznı reysi ilə uçarkən həyatını itirən sərnişinlərin xatirəsinə xatirə lövhəsi açılır.
Bildirilir ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer 190” tipli təyyarə 25 dekabr 2024-cü il səhəri Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş heyət üzvü olub. Qəza nəticəsində doqquz Rusiya vətəndaşı da daxil olmaqla 29 nəfər sağ qalıb. Təyyarədə ümumilikdə 16 Rusiya vətəndaşı olub.

DİGƏR XƏBƏRLƏR

Top