Kadırov oğluna medal verdi


Çeçenistanın rəhbəri Ramzan Kadırov oğlu - bədən tərbiyəsi və idman naziri Əhməd Kadırova “Çeçenistan Respublikasının birinci prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə” medalını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında bildirib.
Həmçinin, Əhməd Kadırovun birinci müavini Umar Daudov “Çeçenistan Respublikasına Xidmətlərinə görə” medalını alıb.
Ramzan Kadırov isə “İdmanda Nailiyyətlərə görə” fəxri nişanı ilə təltif edilib.
Qeyd edək ki, Ramzan Kadırov bundan əvvəl də “İdmanda Nailiyyətlərə görə” fəxri nişanı ilə təltif olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top