Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək


Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 2-si ilə 12-si arasında keçiriləcək.
Yeniavaz.com
“Armenpress” agentliyinı istinadla xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan keçirdiyi mətbuat konfransında bildirib.
“Konstitusiyanın müddəalarına əsasən, seçkilərin gözlənilən tarixi gələn ilin 2-12 iyun tarixləridir və seçkilər bu on gün arasında baş tutmalıdır”, - Hovakimyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Prezidenti seçkilərin tarixini təyin edir, ancaq hələlik bu barədə prezident fərmanı yoxdur. Ona görə də, seçkilərin dəqiq tarixinı öyrənmək üçün Ermənistan Prezidentinin seçki tarixini təyin etməsini gözləmək lazımdır.
Qeyd edək ki, Ermənistanda əvvəlki parlament seçkiləri 20 iyun 2021-ci ildə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top