
“Atletiko Madrid” rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, “Atletiko Madrid” prezidenti Enrike Cereso, baş direktor Migel Anxel Xil Marin və idman direktoru Mateu Alemani Simeonenin komanda üçün ən yaxşı seçim olduğuna inanır.
Argentinalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Nəşrin məlumatına görə, baş məşqçi ilə rəsmi danışıqlar hələ başlamayıb.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubuna rəhbərlik edir və bu müddət ərzində komandaya iki “La Liqa” titulunu qazandırıb.
Bu mövsüm İspaniya çempionatının 18-ci turundan sonra “Atletiko” 37 xalla üçüncü yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz