Sabiq deputatın şirkəti fəaliyyətini dayandırıb – 1,5 milyon borcu var


Sabiq millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (VÖEN – 1600019501) fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə böyük həcmdə – 1 milyon 439 min 787 manat 18 qəpik vergi borcu da var.
Qeyd edək ki, təxminən bir neçə il əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin vergi borcu 10 milyon manata yaxın olub.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 45 000 dollar olan şirkət sabiq deputat İqbal Məmmədov tərəfindən təsis olunub.
2022-ci ildə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% payla İqbal Məmmədov olub.
Onu da bildirək ki, İqbal Məmmədovun rəhbərlik etdiyi daha bir şirkət – “Azqazservis” MMC (VÖEN – 1401716381) ləğv olunduğunu elan edib. Lakin qeyd edək ki, ləğvetmə elanına baxmayaraq, şirkət bu günə kimi ləğv olunmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top