
ABŞ Karib dənizində əlavə qoşun toplayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti adlarının çəkilməsini istəməyən ABŞ administrasiyasının rəsmilərinə və uçuş məlumatlarının təhlilinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, əraziyə xüsusi əməliyyatlarda istifadə edilən ən azı 10 “Osprey” tiltrotor təyyarəsi, eləcə də 100-dən çox insan daşıya bilən C-17 hərbi nəqliyyat təyyarəsi yerləşdirilib.
Amerika rəsmiləri nəşrə sözügedən təyyarələrin qoşun və hərbi texnika daşıdığını təsdiqləyiblər. Buna baxmayaraq, onların sayı və yerləşdirilən qoşun növü açıqlanmayıb.
Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı mübarizəni kifayət qədər aparmamaqda ittiham edir.
ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçi göndərib.
Amerika mediası dəfələrlə ABŞ-nin tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya biləcəyi barədə məlumat yayıb.
Tətbiqimizi yükləyə bilərsiniz