
Qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 4 550 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 05:43-ə olan məlumata görə, qızılın qiyməti 1 troya unsiyası üçün 4 553,4 dollara (+1,88%) çataraq, yeni rekorda imza atıb.
Bakı vaxtı ilə saat 06:15-ə olan məlumata görə, qızılın qiyməti artımını ləngidərək, bir troy unsiyası üçün 4 540 dollar (+1,58%) təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz