
İran İraqa qaz nəqlini müvəqqəti dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb texniki səbəblər olub:
“İran tərəfi gözlənilməz hallara görə qaz təchizatının tamamilə dayandırılması barədə Energetika Nazirliyinə teleqram göndərib”.
Tehran ölkədəki bir neçə enerji obyektində texniki nasazlıqlar səbəbindən tədarükün dayandırıldığına aydınlıq gətirib.
Qeyd edək ki, mart ayında Tramp administrasiyası xroniki elektrik çatışmazlığı yaşayan İraqa elektrik enerjisi üçün İrana pul ödəməyə icazə verən güzəşti ləğv edib. Bu addım siyasətçinin Tehrana maksimum təzyiq göstərmək kampaniyasının bir hissəsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz