Neymar dizindən əməliyyat olundu


Braziliyalı “Santos”un hücumçusu Neymar meniskindən zədə aldıqdan sonra əməliyyat olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, reabilitasiyasına fizioterapevti Rafael Martininin rəhbərliyi altında başlayacaq.
Neymar zədəsini noyabrın sonlarında Braziliya liqasında “Mirasol” ilə matçda (1:1) alıb.
Santos Braziliya A Seriyasındakı yerini qoruyaraq mövsümü 12-ci pillədə başa vurub. Neymar 28 matça çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.
 

DİGƏR XƏBƏRLƏR

Top