
“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız üçün 100 milyon avro (88 milyon funt sterlinq) təklif edərək rəqibini məğlub etməyi planlaşdırır.
Yeniavaz.com “TEAMtalk” portalına istinadla xəbər verir ki, Londonun “Arsenal” klubu da onunla maraqlanır.
20 yaşlı Yıldız hələ “Yuventus”la uzunmüddətli müqavilə imzalamadığı üçün Premyer Liqa klublarının hədəfinə çevrilib.
Hər iki tərəf bir neçə dəfə danışıqlar aparsa da, razılıq əldə edilməyib.
Buna görə də, “Mançester Yunayted” Premyer Liqadakı rəqiblərini təəccübləndirmək və Yıldızı əldə etmək üçün astronomik təklif hazırlayır.
Klub inanır ki, belə bir məbləğ “Yuventus”u ulduz oyunçusunu buraxmağa razı salacaq.
Bundan əlavə, “Mançester Yunayted” oyunçuya ümid etdiyi maliyyə paketini də təklif edə biləcək.
Mənbənin məlumatına görə, Yıldız Benjamin Şeşko, Brayan Mbemo və Bruno Fernandeslə hücum tərəfdaşlığı qura bilər.
Əgər “Mançester Yunayted”ə keçid baş tutarsa, türkiyəli oyunçu 10 nömrəli formanı geyinərək sol hücum yarımmüdafiəçisi mövqeyi uğrunda Mateus Kunya ilə rəqabət aparacaq.
Tətbiqimizi yükləyə bilərsiniz