“Call of Duty”nin yaradıcısı avtomobil qəzasında öldü


Məşhur “Call of Duty” video oyun seriyasının yaradıcılarından biri Vins Zampella ABŞ-də avtomobil qəzasında ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC LA telekanalı polisə istinadən məlumat yayıb.
Qəza Los-Anceles yaxınlığındakı San Qabriel dağlarında baş verib.
Telekanalın verdiyi məlumata görə, Zampella tərəfindən idarə olunan “Ferrari” yoldan çıxaraq, beton maneəyə çırpılıb və daha sonra parçalanaraq, alovlanıb.
Polisin məlumatına görə, sürücü hadisə yerində, sərnişin isə daha sonra xəstəxanada ölüb.
Qeyd edək ki, Vins Zampella “Call of Duty” franşizasının ön sıralarında idi və “Call of Duty 2”, “Call of Duty 4: Modern Warfare”, “Modern Warfare 2” və yeni “Battlefield 6” üzərində işləmişdi.
O, “Infinity Ward” və “Respawn Entertainment” şirkətlərinin həmtəsisçisi və studiya rəhbəri idi.

DİGƏR XƏBƏRLƏR

Top