
Bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 1 milyard 128 milyon 211,9 min kVt/saat elektrik enerjisi ixrac edib.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.
İxrac olunan elektrik enerjisinin ölkələr üzrə həcmi və 1 kVt/saat üçün orta gömrük dəyəri aşağıdakı kimi olub:
Türkiyə – 519 milyon 969,1 min kVt/saat
(1 kVt/saat – 10,3 qəpik)
Gürcüstan – 493 milyon 980 min kVt/saat
(1 kVt/saat – 9,8 qəpik)
Rusiya – 90 milyon 323,8 min kVt/saat
(1 kVt/saat – 7,3 qəpik)
İran – 23 milyon 939 min kVt/saat
(1 kVt/saat – 4,8 qəpik)
Qeyd edək ki, Azərbaycan eyni dövrdə qonşu ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, yanvar–oktyabr aylarında ölkəyə 148 milyon 823,1 min kVt/saat elektrik enerjisi idxal olunub. İdxal 3 ölkədən – Rusiya, Gürcüstan və İrandan həyata keçirilib.
Bu ölkələrdən alınan elektrik enerjisinin 1 kVt/saat üzrə orta gömrük dəyəri isə belə olub:
Gürcüstan – 50 milyon 33,7 min kVt/saat
(1 kVt/saat – 11,05 qəpik)
Rusiya – 76 milyon 994,4 min kVt/saat
(1 kVt/saat – 6,2 qəpik)
İran – 21 milyon 795 min kVt/saat
(1 kVt/saat – 4,8 qəpik)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz