
FİFA qol vurulmazdan əvvəl topun oyun meydanını tərk edib-etmədiyini müəyyən edə bilən yeni texnologiyanı sınaqdan keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, “Out of Bounds” adlanan yenilik bu ay Qətərdə keçirilən üç Qitələrarası Kubok matçında sınaqdan keçirilib.
FİFA həmçinin ofsaydın müəyyən edilməsini daha sürətli və vizual etmək üçün “Real-time 3D Recreation” texnologiyasından istifadəsini genişləndirib.
Video köməkçi hakim (VAR) və televiziya tamaşaçıları üçün hər iki qapıçının perspektivlərini əks etdirən iki virtual yayım mövcuddur.
Yeni texnologiyalar FIFA tərəfindən “Hawk-Eye Innovations” lə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onların milli çempionatlarda tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz