
Fövqəladə Hallar Nazirliyi (FHN) “GİLAN” MMC-nin sifarişi əsasında Qəbələ rayonu, Savalan kəndi ərazisində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 514 kvadratmetr olan qeyri-yaşayış obyekti 4 ədəd bir mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış obyektinə 15 dekabr 2025-ci il tarixli 10517 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “GİLAN” MMC-nin 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan “GİLAN”ın hüquqi ünvanı Nərimanov rayonu, Keşlə stansiyası, ev Yataqxana-2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Zülfiqar Feyruz oğludur.
Onu da qeyd edək ki, FHN bu ilin sentyabr ayında “GİLAN”ın sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil çimərliyində inşa olunan daha bir obyektin istismarına icazə verib.
Xatırladaq ki, hazırda “GİLAN” MMC-nin dövlət büdcəsinə 39 min 199 manat 49 qəpik vergi borcu var və uzun müddətdir ödənilmir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz