Pakistanda silahlı hücum – 5 polis həlak oldu


Pakistanın şimal-qərbində baş verən teror aktı nəticəsində beş polis əməkdaşı həlak olub.
Yeniavaz.com
“The Express Tribune” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum edənlər atəş açmazdan əvvəl nəqliyyat vasitəsinə əldəqayırma partlayıcı maddələr atıblar.
Nəticədə, beş polis əməkdaşı həlak olub.
Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, güc strukturları antiterror əməliyyatı keçirir.
Çərşənbə axşamı baş verən hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top