Messinin bacısı qəza keçirdi – Toyu təxirə salındı


“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin kiçik bacısı Mariya Sol Messi avtomobil qəzası keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nueva Rioja”nın jurnalist Anxel de Brito məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Mayamidə baş verib.
Messinin bacısı avtomobilə nəzarətini itirib və nəticədə, avtomobil qəzaya düşüb.
O, fəqərə sümüyünü, dabanını və biləyini sındırıb. Messinin bacısı həmçinin yanıq xəsarətləri də alıb. Həkimlərn bildirdiyinə görə, xəsarətləri həyati təhlükə yaratmır.
Qəza ilə əlaqədar Mariya yanvarın 3-də Rosarioda keçirilməsi planlaşdırılan “İnter Mayami”nin məşqçisi Xulian Arelyano ilə toyunu təxirə salmaq məcburiyyətində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top