Tramp NYT-ni milli təhlükəsizliyə təhdid adlandırdı


ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinin milli təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“New York Times” qəzetinin yalanları və faktları qəsdən təhrif etməsi ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”, - Tramp bildirib.
O, nəşri “radikal solçuluqda və dəli davranış”da günahlandırıb.
Tramp həmçinin, yanlış məlumatlar ehtiva edən məqalələri dayandırmaq lazım olduğunu bildirib.
“NYT "xalqın əsl düşmənidir”, - Tramp əlavə edib.
Qeyd edək ki, Amerika lideri əvvəllər NYT-yə qarşı 15 milyard dollarlıq iddia qaldırmışdı. O, nəşri 2024-cü il prezident seçkilərindəki rəqibi, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə və özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top