
Rusiyada şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov haqqında qiyabi həbs qərarı verilib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Moskvanın Zamoskvoretski Məhkəməsi qərar çıxarıb.
Qərara görə, Qarri Kasparova qarşı (Rusiyada xarici agent kimi tanınıb və terrorçular və ekstremistlər reyestrinə daxil edilib) “terrorizmə haqq qazandırmaq” ittihamı irəli sürülüb.
“Məhkəmə Kasparov üçün Rusiyada saxlanıldığı andan iki ay müddətinə qiyabi həbs və ya Rusiya ərazisinə ekstradisiya şəklində həbs qətimkan tədbiri seçib”, - məhkəmə bildirib.
Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə (internet də daxil olmaqla informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək terrorizmə açıq şəkildə haqq qazandırmaq) ittiham olunub.
Bu maddə beş ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin may ayında xarici agentlər siyahısına əlavə edib.
O, Rusiya Federasiyasından kənarda yaşayır.
Tətbiqimizi yükləyə bilərsiniz