
Türkiyənin milli aviadaşıyıcısı “Turk hava Yolları” (THY) 11 mart 2026-cı il tarixindən etibarən İstanbuldan İrəvana müntəzəm reyslərə start verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyə nümayəndəsi Serdar Kılıç X şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Kılıç bildirib ki, bu qərar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan növbəti addımdır. Onun sözlərinə görə, THY 11 martdan etibarən hər gün uçuşlar həyata keçirəcək.
Qeyd edək ki, indiyədək İstanbul və İrəvan arasında hava əlaqəsini əsasən “Pegasus Airlines” təmin edib. Yeni qərara əsasən, THY uçuşlarını İstanbul Hava Limanından həyata keçirməyi planlaşdırır. “Pegasus” isə reyslərini Sabiha Gökçen Beynəlxalq Hava Limanından icra edir.
Məlumata görə, 14 maydan etibarən həftəlik uçuşların sayının 10-a, 15 iyundan isə 14-ə çatdırılması gözlənilir.
Yeni bir adım daha. Bu defa da bayrak taşıyıcımız THY 11 Mart 2026 tarihinden itibaren her gün olacak şekilde İstanbul-Erivan-İstanbul seferlerine başlıyor. pic.twitter.com/xqdrE5yJcJ
— Serdar KILIÇ (@serdarkilic9) December 22, 2025
Tətbiqimizi yükləyə bilərsiniz