
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş prokuror Giorgi Qvarakidze bu gün Prokurorluqda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Q.Liluaşvili bir neçə cinayət işi üzrə rüşvət almaqda ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Brifinqdən əvvəl Liluaşvilinin dindirilmək üçün prokurorluğa çağırıldığı və dindirilmənin davam etdiyi bildirilir.
Qeyd edək ki, Liluaşvili DTX rəisi vəzifəsini 2019-cu ilin oktyabrından bu ilin aprelinədək tutub. Bu il aprelin 2-də o, DTX rəisi vəzifəsindən istefa verib.
Tətbiqimizi yükləyə bilərsiniz