
“Təkrar yayımlanan müəyyən şəkillər və paylaşımlar vasitəsilə mənə qarşı qarayaxma kampaniyası aparılır”.
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında yaydığı açıqlamasında “Fənərbağça” klubunun prezidenti Sadettin Saran yazıb.
Saran bildirib ki, yayılan görüntülər illər əvvəl dəfələrlə təkzib edilib və onunla heç bir əlaqəsi olmadığı qəti şəkildə sübut edilmiş materiallardır:
“Sözügedən videolardakı şəxsin mən olmadığım dəfələrlə sübut olunsa da, bu materialların bu gün yenidən gündəmə gətirilməsi açıq-aşkar mənə qarşı sui-qəsd aktıdır. Digər tərəfdən, bəzi media orqanlarında dərc olunan və tamamilə şəxsi həyatla bağlı məqalələr jurnalist etikasına ziddir və şəxsi hüquqlarımın ciddi pozulmasıdır. Bu nəşrlərlə bağlı da dərhal zəruri hüquqi prosedurlar başlanacaq”.
Xatırladaq ki, daha öncə Saran İstanbul Respublika Prokurorluğunun koordinasiya etdiyi narkotik istintaqı çərçivəsində şübhəli şəxs qismində dindirilməyə çağırılıb. Saran prokurorluqda dindirildikdən, həmçinin saç və qan nümunələrinin götürülməsindən sonra sərbəst buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz