
58 yaşlı yaponiyalı hücumçu Kazuyoşi Miura üçüncü divizionda çıxış edən Yaponiyanın “Fukuşima Yunayted” klubu ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.
Bildirilib ki, futbolçu 1982-ci ildə başlayan karyerasında 41-ci peşəkar mövsümünü keçirəcək. Miura dünyanın ən yaşlı aktiv futbolçusu hesab olunur. “Fukuşima Yunayted” forvardın 19-cu klubu olacaq.
Miura “Santos” və “Cenoa” kimi klublarda çıxış edib. Forvard İtaliya A Seriyasında çıxış edən ilk yapon oyunçu olub və Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da çıxış edib. O, Yaponiya millisində 89 oyun keçirib, 55 qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz