
Oktyabrın 19-da quldurluq zamanı Parisdəki Luvrdan 8000-dən çox brilyant və 200 mirvari oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Bildirilib ki, oğurluq dörd dəqiqəyə başa çatıb. Bu müddət ərzində cinayətkarlar təxminən 88 milyon avro dəyərində zinət əşyaları oğurlayıblar. Konkret olaraq, onlar 8482 almaz, 212 mirvari, 35 zümrüd və 34 sapfir oğurlayıblar.
Telekanalın məlumatına görə, bu daşlar fransız kraliçaları və imperatriçalarının taxdıqları tiara, sırğa, boyunbağı, broş da daxil olmaqla səkkiz zinət əşyasında yer alıb.
Qeyd edək ki, Luvr quldurluğu oktyabrın 19-da baş verib. Oğrular muzeyə daxil olub, doqquz zinət əşyasını (o cümlədən fransız kraliçaları və imperatorlarının taxdıqları diademlər, sırğalar, boyunbağılar və broşlar) oğurlayıb, sonra isə qaçıblar. Müəyyən edilmiş məlumatlara görə, cinayətkarlar nərdivanlı yük maşını və şüşə kəsicidən istifadə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz