
Britaniyalı müğənni və gitaraçı Kris Ri 74 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Musiqiçinin ailəsindən verilən açıqlamada onun dekabrın 22-də qısamüddətli xəstəlikdən sonra xəstəxanada, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, 1990-cı illərdə musiqiçiyə xərçəng diaqnozu qoyulub, 2001-ci ildə isə mədəaltı vəzinin çıxarılması üçün əməliyyat olunub.
2016-cı ildə Ri insult keçirib, lakin musiqi karyerasını davam etdirib. Bir il sonra o, Oksfordda verdiyi konsertdən zamanı yıxılaraq xəstəxanaya yerləşdirilib.
Karyerası ərzində Kris Ri 25 studiya albomu yazıb, onlardan ikisi - “The Road to Hell” (1989) və “Auberge” (1991) - Böyük Britaniya hit-paradlarında birinci olub. Müğənni daha çox “The Road To Hell”, “Driving Home For Christmas”, “Josephine”, “On the Beach”, “Fool (If You Think It's Bit)” və “Let's Dance” kimi trekləri ilə tanınır.
Tətbiqimizi yükləyə bilərsiniz