
“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alves Portuqaliyanın 3-cü Liqasında (üçüncü divizion) “San Juan de Ver” futbol klubunu almaqda maraqlıdır”.
Yeniavaz.com “Globo”ya istinadən xəbər verir ki, oyunçu növbəti altı ay ərzində peşəkar futbola qayıtmağı da düşünür.
İlkin təklif oyunçunun komandada oynaması, eyni zamanda inzibati və idman idarəçiliyi vəzifələrini də daşımasıdır. Alves artıq gələn mövsümdə debüt etməyi və qayıtmağı düşünür.
Qeyd edək ki, futbolçu İspaniyada cinsi təcavüz ittihamı ilə həbs olunduqdan sonra 2023-cü ildən bəri oynamır. İş bir ildən çox davam edib, həbsdə olduğu müddətdə və 2024-cü ildə o, dörd il yarım həbs cəzasına məhkum edilib. 2025-ci ildə məhkəmə kifayət qədər sübut olmadığı üçün hökmü ləğv edib. Dani Alves altı qat İspaniya çempionu, “Barselona” ilə üçqat Çempionlar Liqasının qalibi və “Sevilya” ilə iki dəfə UEFA Kubokunun qalibidir. Müdafiəçi PSJ ilə də iki dəfə Fransa çempionu olub.
Tətbiqimizi yükləyə bilərsiniz