Putinlə Paşinyan arasında görüş keçirildi − Yenilənib


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Yeniavaz.com
xəbər verir ki, görüş Sankt-Peterburqda baş tutub. 
Rusiya başçısı bildirib ki, bu ilin 9 ayında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 4,5 milyard dollar təşkil edib:
“Dünən müzakirə etdiyimiz kimi, ticarət dövriyyəmiz dəyişib. 2024-cü ildə 11 milyard dollardan çox olduğu halda, bu ilin 9 ayında 4,5 milyard dollar olub”.
Qeyd edək ki, Ermənistan hökumətinin başçısı dekabrın 21-22-də Sankt-Peterburqda işgüzar səfərdədir. Dekabrın 21-də o, Ali Avrasiya İqtisadi İttifaqının iclasında, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.

***16:57
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Tədbirlərdən sonra Putin Ermənistanın Baş naziri ilə ikitərəfli görüş keçirməyi planlaşdırır", - deyə Peskov bildirib.
Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyinin ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi zirvə görüşləri başlayıb. Həmin gün Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib və Qırğızıstan və Belarus prezidentləri Sadir Japarov və Aleksandr Lukaşenko ilə ikitərəfli görüşlər keçirib.
Rusiya lideri həmçinin ikinci dəfə təqdim edilən Lev Tolstoy Sülh Mükafatının təqdimetmə mərasimində iştirak edib. Laureatlar Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri - Sadir Japarov, Emoməli Rəhmon və Şavkat Mirziyoyev olub.

DİGƏR XƏBƏRLƏR

Top