
Xəbər verdiyimiz kimi, İspaniya vitse-çempionu “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 17-ci turunda “Sevilya”ya qarşı (2:0) oyunda “Kral Klubu”nda bir təqvim ilində vurulan qolların sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldonun rekordunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, Mbappenin 2025-ci ildə “Real Madrid”də vurduğu qolların sayı 59-a çatıb və bununla da, o, Ronaldonun 2013-cü ildə vurduğu rekordu yeniləyib.
Bu münasibətlə Mbappe sosial şəbəkə hesablarında Ronaldo ilə çəkdirdiyi uşaqlıq fotosunu dərc edib. O, şəkilə “Xəyallarınıza inanın. Ürəkdən” başlığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz