
“Bakı Metropoliteni” QSC 20 fevral 2025-ci il tarixində Maliyyə Nazirliyindən ilin sonunadək qaytarılmaq şərti ilə 244 milyon 800 manat məbləğində faizsiz kredit əldə edib.
Yeniavaz.com “Bakı Metropoliteni”nin illik hesabatına istinadən xəbər verir ki, hökumət sərnişindaşıma tariflərinin aşağı səviyyədə saxlanılması nəticəsində yaranan zərərlərin kompensasiyası məqsədilə “Bakı Metropoliteni”nə 42 milyon 662 min manat subsidiya ayırıb.
Bundan başqa, hesabatda qeyd olunur ki, əsaslı tikinti və təmir işlərinin maliyyələşdirilməsi, yeni vaqonların alınması və infrastrukturun inkişafı üçün 73 milyon 630 min manat dəyərində kapital vəsaiti ayrılıb.
Tətbiqimizi yükləyə bilərsiniz